"Whatsapp"dan pul qazanmaq mümkün olacaq - YENİLİK

16 Sentyabr 2024 11:41

"Whatsapp"a yeni özəllik gəlib.

Milli.Az bildirir ki, dünyanın ən məşhur mesajlaşma şəbəkəsi olan "Whatsapp"dan artıq pul qazanmaq mümkün olacaq.

Android platformalı telefonlar üçün hazırda sınaq mərhələsində olan funksiyaya görə artıq "Whatsapp"da yaradılmış toplumun idarəsini başqasına yönləndirmək mümkün olacaq. Bununla da artıq "Whatsapp"da da səhifə biznesi inkişaf edəcək, alqı-satqı mümkünləşəcək.

İslam
Milli.Az