Rusiyanın Çelyabinsk vilayətində naməlum şəxs mağazadan uşağı oğurlamağa cəhd edib. Satıcı uşağı xilas edib.
Milli.Az bildirir ki, Oxu.Az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.
Hadisə Miass şəhərində baş verib. Uşaq süd almaq üçün mağazaya gəlib, orada naməlum şəxs oğlana yaxınlaşıb, onu tutub və zorla mağazadan çıxarmağa cəhd edib. Şübhəli kişini satıcı görüb, onun arxasınca qaçıb və alıcıları köməyə çağırıb. Onlar birlikdə uşağı cinayətkardan ala biliblər.
Uşağı oğurlamağa cəhd edən şəxs hadisə yerindən qaçmağa nail olub. Ailə hüquq-mühafizə orqanlarına müraciət edib. Kişinin şəxsiyyəti müəyyənləşdirilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun