Aygün Kazımova yeni eşqə düşüb? - Sirli paylaşım - FOTO

10 Sentyabr 2024 14:52

Xalq artisti Aygün Kazımova maraqlı paylaşımı ilə diqqət çəkib. 

Milli.Az lent.az-a istinadən bildirir ki, pop kraliçası bənövşəyi uzun libasda kamera qarşısına keçib. Sinə dekolteli, uzun şleyfli geyimdə göz qamaşdırıb.

Müğənni videosunu "Sən haradan gəldin?" qısa şərhi ilə paylaşıb.

Onun bu sualı kimə ünvanlandırdığı məlum olmayıb. Tamaşaçılardan "Aygün Kazımova eşqə düşüb?" şəklində şərhlər gəlib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun