İran Təhlükəsizlik Şurasının katibi Rusiyadadır - YENİLƏNİB

10 Sentyabr 2024 14:53

14:53

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı İranın Moskvadakı Səfirliyi yayıb.

Əhmədian sözügedən şəhərdə BRICS nümayəndələrinin görüşlərində iştirak edəcək, eləcə də Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşəcək. 

Xatırladaq ki, sentyabrın 10-dan 12-nə qədər Sankt-Peterburqda BRICS ölkələrinin və təhlükəsizlik məsələləri ilə məşğul olan BRICS+ nümayəndələrinin 14-cü görüşü keçirilir. 

Onu da qeyd edək ki, BRICS Rusiya, Braziliya, Hindistan, Çin, CAR, Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanından ibarət hökumətlərarası təşkilatdır.

----------
10:49


İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Rusiyaya səfərə yola düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə IRNA məlumat yayıb.

Əli Əkbər Əhmədian BRİCS-ə üzv ölkələrin yüksək vəzifəli təhlükəsizlik rəsmilərinin iclasında iştirak etmək üçün Rusiyaya gedib.

Onun Zəngəzur dəhlizi ilə bağlı Rusiya rəsmiləri ilə ikitərəfli danışıqlar aparması da planlaşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun