"Çox sevinirəm ki, mən bu uğura imza ata bildim".
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanmış Lamiyə Vəliyeva Heydər Əliyev Beynəlxalq Aeroportunda bildirib.
4 qat dünya çempionumuz qeyd edib ki, bu uğur onun üçün çox böyük naliyyətdir:
"Mən burdan dövlət başçısımız İlham Əliyevə, birinci-vitse prezident Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm ki, idmançılara bu cür diqqət və qayğı göstərirlər. İnanıram ki, naliyyətlərimiz bundan da çox olacaq".
Vəliyeva bildirib ki, yarışdan öncədə qalib olacağına inanırmış:
"Finalda qalib olarkən simvolik olaraq göstərdiyim hərəkəti Türkiyə-Azərbaycan qardaşlığına həsr edirəm. Biz hər zaman bir millət, iki dövlət olaraq qalacağıq. Ona görə mən uğurlarımı sırf qardaşlığımıza həsr etdim".
Qeyd edək ki, Lamiyə Vəliyeva Paris-2024 Yay Paralimpiya Oyunlarında T13 kateqoriyası üzrə 100 metr məsafəyə qaçışda dünya rekordunu yeniləyərək ikinci dəfə Paralimpiya çempionu olub. O, 400 m məsafədə isə gümüş medal qazanıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun