"Azərbaycanı Parisdə layiqincə təmsil etmək qürurverici hissdir".
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu "Paris-2024" Yay Paralimpiya Oyunlarında paraatletika növündə T12 kateqoriyasında uzunluğa tullanmada qızıl medal qazanmış Azərbaycan idmançısı Səid Nəcəfzadə jurnalistlərə açıqlamasında deyib.
O, Paralimpiya Oyunlarında ilk dəfə qızıl medal qazandığını vurğulayıb: "Birinci Paralimpiadada bürünc medal əldə etmişdim. Bu dəfə qızılla əvəzləyə bildim. Çox xoşbəxtəm".
T13 kateqoriyasında uzunluğa tullanmada qızıl qazanan digər paraatlet Orxan Aslanov dəstəyə görə İlham Əliyevə və vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib: "Ürəyim doludur. Tokiodan sonra Parisdəki yarışda da qızıl qazandım".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun