İndoneziyada təyyarə qəzasından qorxunc görüntülər - FOTOlar

10 Sentyabr 2024 08:35

İndoneziyanın Papua əyalətində "Trigana" aviaşirkətinə məxsus "ATR-42" tipli sərnişin təyyarəsi uçuş zolağından çıxaraq sürüklənib. Hadisə nəticəsində sərnişinlər xəsarət alıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Haber Global" xəbər yayıb.

Bildirilir ki, təyyarənin pilotları idarəetməni itiriblər.

Şirkətin rəsmisi Lalu Yuniza hadisə ilə bağlı açıqlamasında bildirib ki, təyyarə təxminən 20 metr sürüklənib.

"Təyyarənin necə və nə üçün sürükləndiyinə dair pilotdan hələ də məlumat gözləyirik", - deyə Yuniza qeyd edib.

Yuniza, həmçinin qeyd edib ki, hadisə nəticəsində təyyarə böyük zərər görüb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun