Çeçenistan (Rusiya Federasiyası) rəhbəri Ramzan Kadırov Türkiyədə "Kuruluş Osman" serialının çəkiliş meydançasına baş çəkib və serialın prodüseri Mehmet Bozdağdan hədiyyələr alıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, respublika lideri bu barədə öz "Telegram" kanalında yazıb.
Kadırov çəkiliş meydançasındakı ab-havanı bəyəndiyini bildirib və serial yaradıcılarının türk tarixi və mədəniyyətinə yaxından diqqətini yüksək qiymətləndirib.
"Mehmet Bozdağdan at və ənənəvi türk qılınc-zirehi kimi hədiyyələr almaq da çox xoş idi", - Çeçenistan rəhbəri qeyd edib.
O, həmçinin əlavə edib ki, Çeçenistandan gələn nümayəndə heyəti Bozdağ, aparıcı aktyor Burak Özçivit və çəkiliş qrupu ilə nahar edib. Kadırov filmlərində İslamın gözəlliyini və saflığını nümayiş etdirdiyinə görə serialın prodüserinə təşəkkür edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun