Azərbaycanın hərbi texnikası Qazaxıstanda nümayiş olunur
26 May 2010 13:36
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sərgidə Azərbaycan da iştirak edir. Qeyd edək ki, sərgidə Azərbaycanla yanaşı dünyanın 20 ölkəsindən 200-dən artıq şirkət silah-sursat və hərbi texnika, İT-texnologiyaları və rabitə, tikinti və infrastruktur, həmçinin hərbi tibb sahəsində nailiyyətlərini təqdim ediblər.
Mayın 26-27-də sərgi yalnız rəsmi nümayəndə heyətləri və mütəxəssislər üçün, 28-29-da isə bütün arzu edənlər üçün açıq olacaq. Sərgi gələcəkdə iki ildə bir dəfə keçiriləcək.
ANS PRESS