Azyaşlının döyülməsi ilə bağlı ekspertiza təyin olundu

10 Sentyabr 2024 06:43

Xaçmaz rayonunun Xudat şəhərində azyaşlının anası tərəfindən döyülərək xəstəxanaya yerləşdirilməsi ilə bağlı polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Milli.Az-a bildirilib ki, tibbi ekspertiza təyin edilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun