Yardımlı rayonunun iki kəndində qazın verilişində məhdudiyyət yaranacaq.
Milli.Az report.az-a istinadən xəbər verir ki, rayon ərazisində "Yardımlı" qazpaylayıcı stansiyadan qidalanan Çayüzü kəndi istiqamətində 2700 metr ortatəzyiqli qaz xətlərinin kipliyə sınaq edilməsi məqsədilə 11 sentyabr tarixində saat 14:00-dan işlər başa çatanadək Çayüzü və Pirembel kəndləri olmaqla ümumilikdə 220 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.
Əhalidən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun