Mask: "ABŞ-yə hələ də Baydenin rəhbərlik etdiyini daim unuduram"

9 Sentyabr 2024 23:45

ABŞ-li milyarder İlon Mask prezident yarışından çıxdığını bildirən Co Baydenin hələ də ölkəyə rəhbərlik etdiyini daim unudur.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o bu barədə özünün "X" sosial şəbəkə hesabında bildirib.

"Mən daim unuduram ki, texniki olaraq Bayden hələ də ölkəyə rəhbərlik edir", - deyə sahibkar yazıb.

Mask Respublikaçılar Partiyasından prezident seçkisində iştirak edən keçmiş ABŞ lideri Donald Trampı dəstəkləyir və müntəzəm olaraq Ağ Evin hazırkı sahibinin fəaliyyətini tənqid edir. Əvvəllər Mask ABŞ-ni, ümumiyyətlə, heç kimin idarə etmədiyini bildirib, həmçinin Baydeni qeyri-qanuni miqrasiya problemini həll edə bilməməkdə günahlandırıb.

Qeyd edək ki, ölkədə prezident seçkisi noyabrın 5-də keçiriləcək. Güman edilirdi ki, Demokratlar Partiyasını bu seçkidə Co Bayden təmsil edəcək. Lakin onun iyun ayında Trampla keçirilən debatlardakı uğursuz çıxışından sonra o, namizədliyini geri götürüb və ABŞ vitse-prezidenti Kamala Harrisin namizədliyini dəstəkləyib. Harrisi Çikaqoda keçirilən Demokratlar Partiyasının qurultayının nümayəndələri rəsmi olaraq ABŞ prezidentliyinə namizəd kimi təsdiqləyiblər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun