Naxçıvanda yol qəzası - 3 nəfər xəsarət ALDI- FOTO

9 Sentyabr 2024 20:06

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Nehrəm yolunda baş verib.

75-BJ-446 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə 67-BF-986 dövlət nömrə nişanlı "QAZel" markalı avtomobil toqquşub.

Hadisə nəticəsində Babək rayonu Məzrə kənd sakini, 1976-cı il təvəllüdlü Abbasov Fərhad Gülməmməd oğlu, Gülşənabad kənd sakini, 1979-cu il təvəllüdlü Zeynalov Şükür Abbas oğlu və Nehrəm qəsəbə sakini, 1980-ci il təvəllüdlü Həsənov Mənsur Hüseyn oğlu xəsarət alıblar.

Xəstəxanaya yerləşdirilən zərərçəkənlərin vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun