Dünya çempionunun alman gözəli - FOTOlar

10 Sentyabr 2024 03:03

Son 2 il Almaniya millisinin sabiq üzvü Mats Hummelsin həyatını tamamilə dəyişdi. Bu yay o, Dortmund "Borussiya"sından ayrıldı, 2022-ci ilin dekabrında isə həyat yoldaşı Keti Fişerdən boşandı. 2023-cü ildə yeni münasibətə başladı. Mats Hummelsin yeni sevgi macərasının səbəbkarı Nikola Kavanisdir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Nikola 1998-ci ilin dekabr 17-də Münhendə anadan olub. İndi alman gözəlin 25 yaşı var. O, Hummelsdən düz 10 yaş kiçikdir. Yeri gəlmişkən, onların ad günləri bir-birinin ardınca gəlir. Mats dekabrın 16-da dünyaya gəlib.

Nikola anadan olanda Hummels artıq "Bayern" futbol məktəbinin üzvü idi. Almaniyalı müdafiəçi karyerasına məhz Münhen klubunun əvəzedici komandasında başlamışdı.

Kavanis peşəkar modeldir. O, bir neçə dəfə "Vogue" jurnalının üz qabığına çıxıb. "Dior", "Nivea" və digər məşhur brendlərin reklam kampaniyalarının siması olub. Onun sosial şəbəkələrdəki səhifələri aktivdir. Məsələn, onun "Instagram"dakı hesabının 2 milyona yaxın abunəçisi var.

2023-cü ildə Almaniyanın "Bild" nəşri Nikolanın Hummels ilə münasibəti haqqında məlumat yayıb. Bir müddət sonra xəbər doğru çıxıb. Daha sonra "Borussiya" futbolçulara həyat yoldaşlarını və rəfiqələrini "Milan"la Çempionlar Liqası matçına aparmağa icazə verib. Kavanis də həmin heyətdə yer alıb.

Onların birlikdə çox az fotoları var. Cütlük gizlin münasibətə üstünlük verir.

Qeyd edək ki, Hummels bir neçə gün əvvəl azad agent statusu ilə "Roma"ya transfer olunub. O, buna qədər yalnız "Borussiya Dortmund" və "Bayern"də çıxış edib. Futbolçu komandaları ilə birlikdə 17 titul qazanıb ki, onlardan biri 2014-cü ildə keçirilən dünya çempionatının qızıl medalıdır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun