"Son nəfəsində mənə dedi ki, ana haqqını halal et" - FOTO

9 Sentyabr 2024 19:11

"Son nəfəsində mənə dedi ki, ana haqqını halal et".

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu sözləri "Söhbət musiqidən gedir" verilişinə qonaq olan Xalq artisti Nazpəri Dostəliyeva deyib.

O vəfat edən böyük oğlu Əli Quliyevin son sözlərini belə xatırlayıb:

"Səni sevənlərin gözünü yolda qoyma. Möhkəm ol!"

Dostəliyeva bildirib ki, Əli bu sözləri dedikdən sonra canını tapşırıb.

Qeyd edək ki, Xalq artistinin 41 yaşlı övladı ürək çatışmazlığından dünyasını dəyişib. Nazpəri Dostəliyevanın Əlidən başqa Əkbər adlı daha bir oğlu da var.

Ətraflı videoda:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun