Bakıda 5 nəfərə qarşı 113 minlik dələduzluq - saxlanılanlar var

9 Sentyabr 2024 15:23

Müxtəlif vaxtlarda 5 nəfərin 80.000, 20.000, 8000, 2000 və 3500 manat olmaqla ümumilikdə 113.500 manat pullarının aldadılaraq alınması, bir nəfərin isə onu aldadan şəxsin hesabına 2000 manat ödətdirməsi barədə polisə məlumatlar daxil olub.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, paytaxtın Xəzər, Nəsimi, Nizami və Yasamal rayonlarında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən S.Şirinov, A.Zeynalov, C.Hacıyev və S.Mənsimov müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun