Ronaldo buna görə tənqid edildi - FOTOlar

9 Sentyabr 2024 11:47

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldonun azarkeşi ilə olan görüntüləri müzakirə yaradıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, ötən gün Portuqaliya millisinin Şotlandiya ilə matçından sonra azarkeşlərdən biri ulduz futbolçu ilə görüşmək üçün meydançaya girib.   

Lakin həmin tərəfdar mühafizəçilər tərəfindən saxlanıldığı üçün istəyini reallaşdıra bilməyib. Ronaldonun özünün də azarkeşə yaxınlaşmaması müzakirələrə səbəb olub. 

Sosial media istifadəçilərinin bir qismi isə superulduzu tənqid edib. 

Qeyd edək ki, matç 2:1 Portuqaliyanın qələbəsi ilə başa çatıb. Həlledici qolu isə 88-ci dəqiqədə Ronaldo vurub. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun