Qalant and içdi: Ona çatacağıq!

9 Sentyabr 2024 08:23

İsrailin müdafiə naziri Yoav Qalant Qəzzanın mərkəzində yerləşən Netsarim dəhlizinə səfəri zamanı Təl-Əvivin HƏMAS-ın siyasi bürosunun rəhbəri Yəhya Sinvarı və onun qardaşı Məhəmmədi öldürəcəyinə and içib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Tayms of İsrail" qəzeti məlumat yayıb.

"Biz Məhəmməd Sinvara və həmçinin Yəhya Sinvara çatacağıq. Kim bunun əksini düşünürsə, Mərvan İssuya və Məhəmməd Deyfə baxsın: bu gün bizimlə deyillər, öz səhvlərini ediblər.

Sinvar da öz səhvini edəcək və biz öz missiyamızı tamamlayacağıq",- o bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun