Qərb ölkələri Belarus prezidenti Aleksandr Lukaşenkonun Rusiya əleyhinə siyasət yürütməsini istəyir.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu "Belarus 1" telekanalının efirində ölkənin xarici işlər naziri Maksim Rıjenkov deyib.
"Qərb hələ də Lukaşenkodan əvvəl istədiyini istəyir ki, bu gün Qərbə lazım olan siyasət Belarusda aparılsın. Bu, Qərbin özünün gördüyü siyasi proseslərin xeyrinə anti-Rusiya siyasətidir", - Rıjenkov Qərbin istəklərini açıqlayıb.
Onun sözlərinə görə, xarici siyasətçilərin fikri Ukraynada müharibə başa çatana qədər dəyişməyəcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun