Milyarderin qızı finalda belə məğlub oldu

9 Sentyabr 2024 07:00

Sentyabrın 7-də tennis üzrə ABŞ açıq çempionatının finalı baş tutub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, titul matçında dünya reytinqində 6-cı olan Cessika Pequla dünyanın ikinci nömrəsi Arine Sabalenkaya uduzub ( 5:7, 5:7 ).

Bu, Pequlanın karyerasında ilk Böyük Dəbilqə finalı idi.

İnternetdə zarafatla yazırlar ki, Cessica böyük yarışın finalında məğlub olan milyarderqızı olub.

Qeyd edək ki, onun atası, amerikalı iş adamı Terri Pequlanın sərvəti 7,7 milyard dollar qiymətləndirilir.

Peşəkar karyerası ərzində 30 yaşlı Pequla 14,304,673 dollar pul mükafatı qazanıb. O, US Open 2024-ün finalına yüksəldiyi üçün daha 1,8 milyon dollar alacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun