Erməni hərbçilər azərbaycanlı aparıcını görüb təlaşlandı - VİDEO

9 Sentyabr 2024 06:02

İTV Azərbaycanla Ermənistan arasında çəkilən ilk dövlət sərhədi xəttindən və Qazax rayonunun Xeyrimli kəndindən videosujet yayımlayıb.

Milli.Az xəbər verir ki, sujetdə azərbaycanlıların çəkiliş apardığını görən erməni sərhədçilərin avtomobillə əraziyə gəldiyi, müşahidə edib geri qayıtdığı kadrlar yer alıb. Postdakı ermənilərin isə azərbaycanlıları binoklla izlədiyi görünür.

İTV-nin həmin ərazilərdən, Kirants kəndindən yayımladığı görüntüləri təqdim edirik:

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun