Əfqanıstanda hakimiyyəti ələ keçirmiş radikal Taliban hərəkatının döyüşçüləri ilə Pakistanın sərhəd qoşunları arasında toqquşmalar nəticəsində azı iki nəfər həlak olub.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə TOLOnyus telekanalı məlumat yayıb.
Bildirilib ki, Əfqanıstanın Xost vilayətində mübahisəli sərhəd bölgəsində Taliban və Pakistan hərbçiləri arasında döyüşlər ikinci gündür ki, davam edir.
Toqquşmalar nəticəsində biri qadın olmaqla 2 nəfər həlak olub, yaralananların sayı 11-ə çatıb.
Bölgə qubernatorunun müavini döyüş bölgəsinə gedib, orada Taliban sərhədçiləri və yerli sakinlərlə görüşüb.
Qeyd edildiyi kimi, o, təhlükəsizlik qüvvələrinə sərhədi pozaraq Əfqanıstan ərazisinə daxil olanların qarşısının alınmasını tapşırıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun