Lavrov Səudiyyə Ərəbistanına getdi

8 Sentyabr 2024 21:26

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya-Körfəz Əməkdaşlıq Şurası nazirlərinin iclasında iştirak etmək üçün Səudiyyə Ərəbistanına gəlib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.

Səfər çərçivəsində Lavrov Rusiya-Körfəz Əməkdaşlıq Şurasının strateji dialoqu çərçivəsində nazirlərin birgə iclasında iştirak edəcək, həmçinin bir sıra ikitərəfli görüşlər keçirəcək.

Əməkdaşlıq Şurası altı ölkəni birləşdirən regional beynəlxalq təşkilatdır: Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanı.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun