Yanğına baxan sürücülər tıxac yaratdı - FOTO

8 Sentyabr 2024 20:20

Sabunçu rayonu, Aeroport şosesi, Sabunçu Tibb Mərkəzinin yaxınlığında yanğın baş verib.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov Milli.Az-a bildirib ki, yanğın səbəbindən yolda məhdudiyyət olmasa da, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində hərəkət edən bəzi avtomobil sürücülərinin sürəti azaldaraq yanğın baş verən əraziyə baxması hər iki istiqamətdə sıxlığın yaranmasına səbəb olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun