“Ərdoğan Narinlə bağlı istintaqı yaxından izləyir” - Fahrettin Altun

8 Sentyabr 2024 19:40

"Prezident Rəcəb Tayyib Ərdoğan hazırkı istintaqın ciddi şəkildə davam etməsi, hadisənin tam aydınlaşdırılması və Narin qızımızın canına qəsd edənlərin ədalət qarşısında cavab verməsi üçün məsələni yaxından izləyir".

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun "X" hesabında yazıb.

Xatırladaq ki, Türkiyənin Diyarbəkir şəhərində 19 gündür itkin düşən 8 yaşlı Narin Güranın meyiti Tavşantəpə kəndi ərazisində tapılıb

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun