Bələdiyyə sədri toyda gəlinə görün nə hədiyyə etdi - FOTO

16 Sentyabr 2024 14:27

Türkiyədə baş tutan toy müzakirələrə səbəb olub.

Milli.Az haberler-ə istinadla bildirir ki, Mersin vilayətində hərbçi ilə xəstəxana işçisi ailə qurub. Toyda iştirak edənlər arasında bələdiyyə sədri də olub.

Bələdiyyə sədrinin gəlinə qızıl hədiyyə etmək əvəzinə onlara bitki toxumu verməsi diqqət çəkib.

"Bildiyiniz kimi, biz bu rayonda əkinçiliklə məşğuluq. Dolanışığımız bundan çıxır. Bu, artıq ənənə halını alıb. Ümumiyyətlə, toylarda pul, qızıl taxılır. Bu gün biz daha qiymətli bir şey taxacağıq. Onlara toxum hədiyyə edirik. Qoy bu toxum cütlüklərimizə xeyirli və düşərli olsun", - bələdiyyə sədri Turgut söyləyib.

İsmayıl
Milli.Az