Oğuzda ağır qəza-Ölən və yaralananlar var - FOTO

8 Sentyabr 2024 17:54

Oğuzda baş verən ağır yol qəzasında bir nəfər ölüb, bir ailənin 4 üzvü xəsarət alıb.

Milli.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə günorta saatlarında Oğuz-Bayan avtomobil yolunda baş verib.

Rayonun Ərmənət kənd sakini 1987-ci il təvəllüdlü Əyyub Həsən oğlu Əyyubovun idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə rayonun Yaqublu kənd sakini 1989-cu il təvəllüdlü Tutan Cəbrayıl oğlu Lətifovun idarə etdiyi "Mersedes" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində "VAZ 2107" markalı avtomobilin sürücüsü Ə. Əyyubov, "Mersedes" markalı avtomobilin sürücüsü T. Lətifov, onun avtomobilində sərnişin qismində olan ailə üzvləri həyat yoldaşı 1995-ci il təvəllüdlü Nazxanım İkraməddin qızı Babayeva, ailənin iki azyaşlı övladı 2012-ci il təvəllüdlü Sənan Turan oğlu Lətifov və 2016-cı il təvəllüdlü Ayşə Turan qızı Lətifova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılara ilk öncə Oğuz Rayon Mərkəzi Xəstəxanasında (RMX) ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicələrini davam etdirmək üçün Şəki RMX-a göndəriliblər.

Ə. Əyyubov Şəki RMX-a daxil olduqdan bir qədər sonra aldığı xəsarətlərdən həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun