Bayraqdarlar Səidlə Lamiyədir

8 Sentyabr 2024 17:11

Paris-2024 Yay Paralimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan yığmasının bayraqdarları məlum olub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Paralimpiya çempionlarımız Səid Nəcəfzadə və Lamiyə Vəliyeva bu vəzifəni yerinə yetirəcəklər.

Bağlanış mərasimi saat 22:30-da başlayacaq.

Qeyd edək ki, ölkəmiz Oyunlarda 4 qızıl, 2 gümüş və 5 bürünc medal qazanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun