Ağstafada üzüm yığan ər və arvad faciəvi şəkildə öldü

8 Sentyabr 2024 11:31

Ağstafada bədbəxt hadisə baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Qırlı kəndində qeydə alınıb.

Kənd sakini Füzuli İsmayılov pilləkəni hasara söykəyib üzüm yığırmış. Bu zaman hasar üçub, Füzuli İsmayılov və onun həyat yoldaşı 1967-ci il təvəllüdlü Xatirə İsmayılova daşın altında qalıblar. Hər iki şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun