Göygöl şəhərində zəlzələ oldu - Yenilənib

8 Sentyabr 2024 11:08

11:08

Tovuz stansiyasından 29 km şimal-şərqində, Göygöl şəhərində zəlzələ qeydə alınıb.

Milli.Az-ın xəbərinə görə, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələ episentrdə və ətraf yaxın rayonlarında 3 bala qədər hiss olunub.

--------------
11:01


Gəncədə zəlzələ olub.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

Yerli vaxtla saat 10.25-də Gəncədə 3,2 maqnitudalı zəlzələ olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun