Putinlə danışıqları bu ölkə apara bilər - Melnik

8 Sentyabr 2024 10:43

Ukrayna Almaniyanın Kiyevlə Kreml arasında danışıqlarda vasitəçi olmasına qarşı deyil.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukraynanın Almaniyadakı keçmiş səfiri Andrey Melnik deyib.

Melnik Almaniya kansleri Olaf Şoltsu Putinlə əlaqə saxlamağa və onunla Ukrayna üzrə danışıqları müzakirə etməyə çağırıb.

O qeyd edib ki, Almaniya səfirliyi hələ də Moskvada fəaliyyət göstərir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun