Bu, Ukraynaya baha başa gələcək – Blumberq

8 Sentyabr 2024 10:09

Kiyevin müttəfiqləri Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətindən çıxarılmasından qorxurlar.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Blumberq" məlumat yayıb.

Bildirilib ki, Qərb tərəfdaşları hələ də Kiyev hakimiyyətinin Kursk vilayətində hansı məqsədlər güddüyünü anlaya bilmir. Qərb dövlətlərinin hakim dairələrindən olan şəxslər qorxurlar ki, Ukrayna qoşunları yaxın aylarda Rusiya regionunda öz mövqelərini tamamilə itirəcəklər.

Bəzi Qərb rəsmilərinin fikrincə, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində keçirdiyi əməliyyat - xüsusən də Rusiya ordusunun "dxr"dəki uğurlarını nəzərə alsaq - Ukraynaya çox baha başa gələ bilər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun