Mobil telefondan istifadə beyin xərçənginə səbəb olur?

8 Sentyabr 2024 23:46

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mobil telefonların istifadəsinin beyin xərçəngi yaradıb-yaratmaması ilə bağlı araşdırma aparıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, araşdırmaçılar telefon və kompüterlərdən istifadə ilə beyin xərçəngi arasında əlaqə tapmayıblar.

Yekun araşdırmalara Avstraliyanın radiasiyadan mühafizə orqanı da daxil olmaqla, 10 ölkədən 11 tədqiqatçı tərəfindən qiymətləndirilən 63 tədqiqat işi daxil edilib.

Tədqiqat işləri 30 illik dövrü əhatə edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun