Təl-Əvivdə minlərlə israilli aksiya keçirdi

7 Sentyabr 2024 23:42

İsraillilər hakimiyyətdən 11 aydır Qəzza zolağında saxlanılan girovların tezliklə azad edilməsini və İsraildə erkən seçkilərin keçirilməsini tələb edərək, yenidən ölkə boyu kütləvi nümayişlərə başlayıblar.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, ən böyük etiraz aksiyası Təl-Əvivdə hökumət binasının ərazisində keçirilir.

Nümayişçilər əllərində İsrail bayraqları və girovların fotoşəkillərini tutaraq, İsrail hakimiyyətindən girovların azad edilməsi üçün Qəzza zolağında HƏMAS hərəkatı ilə dərhal razılığa gəlməyi tələb edirlər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun