09:32
Ermənistanın Armavir vilayətinin Nalbandyan kəndində atəş açaraq polis kapitanını öldürüb, polis leytenantını yaralayan şəxs artıq saxlanılıb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Ətraflı
Nalbandyan kənd sakini 41 yaşlı Manuk Marqaryan kənd ərazisində aşkarlanıb. Onun üzərindən qanunsuz saxladığı avtomat da götürülüb.
---------------
2024.09.07
Ermənistanın Armavir vilayətinin Nalbəndyan kəndində silahlı insident olub.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, polis əməkdaşlarına kənd sakinlərindən birinin silah gizlətməsi barədə məlumat daxil olub. Hüquq-mühafizə orqanının əməkdaşları şübhəlinin yanına gəliblər və o, avtomat silahdan onlara atəş açıb. Nəticədə iki polis əməkdaşı yaralanıb. Yaralılardan biri xəstəxanada ölüb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun