Mehriban Əliyeva İlham Zəkiyevi təbrik edib - FOTO

7 Sentyabr 2024 21:06

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan paracüdoçusu İlham Zəkiyevin "Paris-2024" Yay Paralimpiya Oyunlarında bürünc medal qazanması ilə əlaqədar Instagram hesabında paylaşım edib.

Milli.Az Trend-ə istinadən paylaşımı təqdim edir:

"Növbəti qələbəmiz! İlham Zəkiyev "Paris-2024" Yay Paralimpiya Oyunlarında bürünc medal qazandı! Gərgin əməyinə və qələbə əzminə görə paracüdoçumuza təşəkkür edirəm! Milli yığmamızın bütün üzvlərinə yeni qələbələr və nailiyyətlər arzulayıram!"

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun