Əfqanıstanda radikal Taliban hərəkatının qüvvələri ilə Pakistanın sərhəd qoşunları arasında iki ölkənin sərhədində silahlı toqquşmalar baş verib.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "TOLOnyus" məlumat yayıb.
Məlumata görə, Əfqanıstanın şərqində yerləşən Host vilayətinin sərhədi yaxınlığında yerli vaxtla təxminən saat 16:00-da Taliban ilə Pakistan hərbçiləri arasında atışma başlayıb. Tərəflərin ağır silahlardan da istifadə etdiyi iddia edilir.
Ölən və ya yaralananlar barədə məlumat verilməyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun