ABŞ təşviş içərisində: Türkiyə bu təşkilata üzv olacaqmi?

7 Sentyabr 2024 20:10

Vaşinqton Türkiyənin BRİKS-ə üzv olmağa çalışmasından ehtiyat edir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə amerikalı jurnalist Cekson Hinkl "RİA Novosti" ilə söhbətində bildirib.

Agentliyin həmsöhbəti xatırladıb ki, Türkiyə əhəmiyyətinə görə ABŞ-dan sonra ikinci olan Şimali Atlantika Alyansının əsas üzvüdür.

"Və onların indi BRİKS-ə qoşulmağı düşünmələri faktı... Birləşmiş Ştatlar bundan şübhəsiz təşvişə düşüb", - Hinkl qeyd edib.

Eyni zamanda o, Ankaranın siyasətinin çoxvektorlu xarakterini qeyd edib və əlavə edib ki, Türkiyənin BRİKS-ə daxil olmasına yalnız faktiki olaraq baş verəndə inanacaq.

Bundan əvvəl bildirilmişdi ki, Ankara BRİKS-ə tamhüquqlu üzvlük üçün ərizə təqdim edib və bu, assosiasiya ölkələrinin müzakirəsinə çıxarılacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun