Nəhənglər türk futbolçu üçün yarışır

7 Sentyabr 2024 19:50

"Lill"dən ayrıldıqdan sonra azad agent olan CSKA-nın keçmiş yarımmüdafiəçisi Yusuf Yazıcının karyerasını davam etdirmək üçün bir neçə variantı var.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə HITC məlumat yayıb.

Futbolçunu transfer etmək üçün "Mançester Yunayted", "Tottenhem", "Nyukasl", "Vest Hem", "Milan", "Latsio" və "Qalatasaray" yarışır. 27 yaşlı Yazıcı hazırda bazarın ən gənc azad agentlərindən biridir. Buna görə də ona böyük maraq var.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun