Əli Nikzad Rusiya və Azərbaycana səsləndi: Sərhədlərə hörmət edin

7 Sentyabr 2024 18:30

İran Məclisi sədrinin müavini Əli Nikzad söylədikləri ilə diqqət çəkib.

Milli.Az bildirir ki, o, "İranın sərhədlər, qonşular və dəhlizlərlə bağlı strateji siyasəti sabitdir və milli maraqlara əsaslanır. Parlamentlərin Bakıda keçirilən son iclasında vurğuladığım kimi, biz sərhəd dəyişikliklərini qəbul etmirik.

Rusiya və Azərbaycana məsləhətim: sərhədlərə hörmət edin" deyə, hər iki ölkəyə səslənib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun