Fransanın yeni Baş nazirini Ermənistana dəvət etdi

7 Sentyabr 2024 18:26

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransanın yeni Baş naziri Mişel Barnyeni İrəvana dəvət edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-i ölkənin Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, Paşinyan yeni Baş nazirə ünvanladığı təbrik məktubunda Ermənistan-Fransa çoxprofilli gündəliyinin birgə səyləri ilə genişləndirilməsinə və yeni proqramların həyata keçirilməsinə sadiqliyini vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun