Trampın seçilməsi heç nəyi... - Medvedyev

7 Sentyabr 2024 15:44

ABŞ-da keçirilən prezident seçkilərində Donald Tramp qalib gəlsə, Rusiya əleyhinə sanksiyaları ləğv etməyəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Teleqram kanalında yazıb.

"Tramp bir iş adamı kimi başa düşür ki, sanksiyalar dünyada dolların hökmranlığına zərər verir. Lakin ABŞ-da inqilaba başlamaq və antirusiya xəttinə qarşı getmək üçün bu, kifayət deyil. ABŞ-dakı bədnam dərin dövlət istənilən "Tramp"dan qat-qat güclüdür", - Medvedyev bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun