Birinci vitse-prezident Orxan Aslanovu təbrik edib - FOTO

7 Sentyabr 2024 14:42

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan paraatleti Orxan Aslanovu "Paris-2024" Yay Paralimpiya Oyunlarında növbəti uğuru - qızıl medal qazanması ilə əlaqədar Instagram hesabında paylaşım edib.

Milli.Az paylaşımı təqdim edir:

"Uzunluğa tullanma yarışında mübarizə aparan Orxan Aslanovu qızıl medal münasibətilə təbrik edirəm! "Paris-2024" Yay Paralimpiya Oyunlarında Azərbaycana medal qazandırmış bütün idmançılara minnətdaram!
Paraatletimizə güc, enerji və yeni qələbələr arzulayıram!".

Milli.Az