Arda Gülər sıradan çıxdı

7 Sentyabr 2024 10:16

"Real Madrid" və Türkiyə millisinin üzvü Arda Gülər zədələnib.

Milli.Az Offsideplus.az-a istinadən bildirir ki, türk yarımmüdafiəçi Uelsə qarşı Millətlər Liqasının seçmə mərhələsi oyununda (0:0) sıradan çıxıb. Futbolçunun zədədən asılı olaraq minimum 1-7 gün, maksimum 2-4 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

A.Gülər tibbi müayinədən keçdikdən sonra bu müddət dəqiqləşəcək. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun