İran həmin xəbəri yalanladı

7 Sentyabr 2024 12:10

"İran münaqişə tərəflərinə, o cümlədən Ukraynaya silah vermir və bütün ölkələri bundan nümunə götürməyə çağırır".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyinin yaydığı bəyanatda deyilir.

"İranın Ukraynadakı münaqişə ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Tehran münaqişədə iştirak edən tərəflərə hərbi yardım göstərməyi qeyri-insani hesab edir ki, bu da itkilərin artmasına, infrastrukturun dağılmasına və atəşkəs danışıqlarından uzaqlaşmasına səbəb olur. İran nəinki bu cür hərəkətlərdə iştirakdan çəkinir, həm də digər ölkələri münaqişədə iştirak edən tərəflərə silah tədarükünü dayandırmağa çağırır", - bəyanatda vurğulanıb.

Xatırladaq ki, "The Wall Street Journal" adı açıqlanmayan amerikalı və avropalı rəsmilərə istinadən İranın Rusiyanı qısa mənzilli ballistik raketlərlə təchiz etdiyini iddia edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun