Bakıda 5 otaqlı ev yandı

7 Sentyabr 2024 09:05

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 110 m² olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və 2 otağının tavanı 30 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun