Təəssüf ki, Kremli vura bilmirik - Zelenski

7 Sentyabr 2024 00:44

Ukrayna Prezidenti Vladimir Zelenski Kremlin vurula bilməyəcəyinə görə təəssüfləndiyini bildirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu dövlət başçısı 50-ci beynəlxalq "Ambrozetti" forumunun sessiyasında iştirak edərkən deyib.

"Rusiya Prezidenti Vladimir Putin ukraynalı uşaqları öldürməyə davam etmək üçün dünyada daha çox raket axtarır, Ukrayna isə özünü qorumaq üçün hava hücumundan müdafiə sistemləri tapmağa çalışır",- o bildirib.

Zelenski qeyd edib ki, Ukrayna özünün pilotsuz təyyarələrini və raketlərini inkişaf etdirib:

"Biz bu müharibəni tədricən Rusiyaya daşıyırıq ki, Putin nəhayət təzyiqi hiss etsin. Təzyiq. Yalnız bir şey axtarın - sülh".

Uzaqmənzilli silahlardan danışan prezident qeyd edib ki, yardımlarına görə tərəfdaşlarına minnətdardır:

"Ancaq müəyyən səhvlər var. Məsələn, İtaliyanın və ya başqasının Kremli vuracağımızdan qorxduğundan danışanda təəssüflənirəm ki, biz bunu edə bilmirik. Çünki sizdə və ya tərəfdaşlarınızda olan bu uzaqmənzilli silahlar təxminən 200 kilometrdir".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun