Qırğızıstan Prezidenti Sadır Japarov yerli şuraların (özünüidarəetmə orqanlarının - Qeyd) buraxılması və yeni seçkilərin vaxtının təyin edilməsi haqqında sərəncam imzalayıb.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, müvafiq sərəncam Qırğızıstan dövlət başçısının mətbuat xidmətinin saytında yerləşdirilib.
Sənədə əsasən, Qırğızıstanın bütün regionlarında yerli şuralara yeni deputatların seçkiləri 2024-cü il noyabrın 17-də keçiriləcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun