Aeroport yolunda qəza: sıxlıq yarandı

6 Sentyabr 2024 21:55

Xəzər rayonu, Aeroport şosesi, Heydər Əliyev adına Beynəlxalq Hava Limanın yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, qəza səbəbindən Mərdəkan şosesi istiqamətində sıxlıq yaranıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun