"Nissan" 14 il sonra "Patrol" modelini yenilədi - FOTOlar

6 Sentyabr 2024 20:22

Yaponiyanın nəhəng avtomobil istehsalçısı "Nissan" yeni "Patrol" modelini təqdim edib.

Milli.Az hit.az.az-a istinadən xəbər verir ki, şirkət 14 il sonra sözügedən modelin yenilənmiş versiyasını istehsal edib.

"Nissan Patrol" modeli ilk dəfə V6 atmosfer mühərriki ilə təchiz olunub. Avtomobilin mühərrik həcmi isə 3,5 litrdir. Bəzi bazarlarda isə 3,8 litrlik V6 mühərrikli versiya da satışa çıxarılacaq. Yeni "Patrol" 316 at gücünə sahibdir. 

Sözügedən avtomobil ilkin olaraq Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Körfəz Əməkdaşlıq Şurasına daxil olan ölkələrdə satılacaq. Satışlar isə 1 noyabrdan etibarən başlayacaq. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun